Medianews.az
Masallıda ağır qəza - <span style=color:red>1 ölü, 3 yaralı
190 baxış

Masallıda ağır qəza - 1 ölü, 3 yaralı

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Masallının Ərkivan qəsəbə sakini 1990-cı il təvəllüdlü Şədulla Vəliyevin idarə etdiyi “KİA Optima” markalı minik avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər - Masallı rayonunun Ərkivan qəsəbəsindən olan 1966-cı il təvəllüdlü Sevda Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun