26.06.2025, 08:15
154 baxış
Azad
Qazaxıstanda üzü örtən geyimlər qadağan edilir
Qazaxıstan Məclisinin deputatları plenar iclasda ictimai yerlərdə üzü örtən geyimlərin qadağan edilməsini nəzərdə tutan qanuna senatorların təklif etdiyi düzəlişlərlə razılaşıblar.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, daha əvvəl Senatın deputatı Naurızbay Baykadamov bu qadağanın xidməti zərurət, tibbi göstərişlər, hava şəraiti, eləcə də idman və mədəni tədbirlərdə iştirak hallarına şamil olunmadığını dəqiqləşdirib.
Qeyd olunan tədbir ictimai yerlərdə törədilən hüquq pozuntuları və cinayətlərin qarşısının alınmasında effektivliyi artırmaq, üz tanıma imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır.