Medianews.az
Alliqator qıza hücum edərək<span style=color:red>  dişləyib
167 baxış

Alliqator qıza hücum edərək  dişləyib

ABŞ-də alliqator göldə üzən 12 yaşlı qızı dişləyib. Medianews.az xəbər verir ki, hücum ABŞ-nin cənub-şərqində, Şimali Karolina ştatında, Vakkamau gölündə baş verib. Qız “Məni nəsə dişlədi!” deyə qışqırıb. Sudan təxminən iki metr uzunluğunda böyük bir timsah çıxıb. Şimali Karolina Vəhşi Təbiət Komissiyasının mütəxəssisləri təhlükəli yırtıcı tez bir zamanda ələ keçirərək evtanaziya ediblər. Zərərçəkmiş ağır xəsarətlər alsa da, onun həyatı üçün təhlükə yoxdur. Medianews.az

Bizə qoşulun