Məşhur türkiyəli aktyor Alperen Duymaz ötən ilin oktyabr ayında ata olmuşdu.
“Qafqazinfo” xəbər verir ki, o, instaqram hesabında oğlu ilə ilk dəfə fotosunu paylaşıb.
Qeyd edək ki, Alperen Duymaz 2020-ci ildə Kübra Duymazla səssiz-sədasız evlənib. Müəllim olan Kübra İstanbulda çalışır. Cütlük 2024-cü ildə doğulan oğullarına Gün adını veriblər.
A. Duymaz sonuncu dəfə “Leyla” serialında Civan obrazını canlandırırdı.