19.06.2025, 09:11
132 baxış
Lamiyə
Uçuş zamanı sərnişinin telefonu yanıb
Rusiyada Ural Hava Yollarına məxsus təyyarənin göyərtəsində dəhşətli vəziyyət yaranıb.
Medianews.az xəbər verir ki, təyyarə İrkutskdan Moskvaya uçarkən sərnişinlərdən birinin əlindəki telefon qəflətən yanıb.
Çin istehsalı olan Realme 14 Pro smartfonu tüstülənməyə başlayıb. Sərnişin qorxaraq onu dərhal yerə atıb. Cihazın üzərinə su tökməyə başlayıblar və stüardessalar yanmaz əlcəklər geyinərək onu xüsusi konteynerə yükləyib tualetə aparıblar.
Yanğın qoxusu kabinəyə çatanda pilotlar kabinədəki ventilyasiyanı söndürüblər və ekipaj üzvləri sərnişinlərə salfetlər paylayıb onlardan başlarını aşağı əymələrini istəyiblər. Stüardlar təyyarədə olan hamilə qadını tüstüdən uzaqlaşdırıblar.
Bildirilir ki, hadisə nəticəsində yalnız xalça zədələnib, yanan smartfon yanıb. Göyərtəsində 165 nəfərin olduğu təyyarə gecikmədən Domodedovoya uçub.