Medianews.az
Azərbaycanın neft ixrac etdiyi <span style=color:red> ÖLKƏLƏR - SİYAHI
198 baxış

Azərbaycanın neft ixrac etdiyi ÖLKƏLƏR - SİYAHI

Bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 10 milyon 363 min 108,79 ton həcmində neft ixrac olunub. Bu barədə Medianews.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir. Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-10 ölkələr sırasına İtaliya, Xorvatiya, Rumıniya, Portuqaliya, Çexiya, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan və Niderland daxil olub. Bu ilin beş ayında Azərbaycan İtaliyaya 3 milyard 88 milyon 100,61 min ABŞ dolları dəyərində 5 milyon 730 min 746,71 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton, Rumıniya 377 milyon 106,29 min ABŞ dolları dəyərində 683 min 725,65 ton xam neft ixrac edib. Portuqaliya 310 milyon 369,1 min ABŞ dolları dəyərində 576 min 34,89 ton və Çexiya 304 milyon 667,44 min ABŞ dolları məbləğində 558 min 693,27 ton neft tədarük edilib. Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin yanvar-may ayları ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib.
Ölkələr Miqdar (ton) Statistik dəyər
Cəmi 10 363 108.79 5 642 731.28
1. İtaliya 5 730 746.71 3 088 100.61
2. Xorvatiya 744 703.91 408 862.68
3. Rumıniya 683 725.65 377 106.29
4. Portuqaliya 576 034.89 310 369.10
5. Çexiya 558 693.27 304 667.44
6. Almaniya 501 232.64 277 011.83
7. Böyük Britaniya 243 951.89 137 323.16
8. İrlandiya 243 468.25 129 715.04
9. Yunanıstan 232 396.39 128 990.34
10. Niderland 223 330.70 126 482.41
11. Tailand 137 785.75 75 910.84
12. İndoneziya 130 925.36 72 131.22
13. İsveçrə 89 696.92 53 857.85
14. Danimarka 88 157.38 49 689.27
15. Bolqarıstan 79 260.85 48 231.11
16. Tunis 64 192.52 37 392.93
17. Türkiyə 34 805.70 16 889.14

Bizə qoşulun