17.06.2025, 07:52
163 baxış
Nailə
SEPAH-ın Təbrizin qərbində yerləşən raket istehsalı obyektinə hücum olub - VİDEO
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Təbrizin qərbində yerləşən raket istehsalı obyekti hücuma məruz qalıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
"NourNews" agentliyi isə Təbriz şəhərində iki ardıcıl partlayışın baş verdiyini yazıb.
Bu gün səhər saatlarında İsrail ordusu Tehrana hava zərbələri endirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Şəhərdə partlayış səslərinin eşidildiyi bildirilib.
İsrail ordusu gecə ərzində İranın qərbindəki hərbi hədəflərə irimiqyaslı zərbələr endirib.
Bildirilib ki, onlarla raket anbarı və buraxılış qurğusu, pilotsuz uçan aparatların saxlandığı obyektlər məhv edilib.