17.06.2025, 09:06
107 baxış
Lamiyə
Sağlam həyat tərzi sürən idmançıya xərçəng diaqnozu QOYULDU
39 yaşlı məşqçi Danni Dunkan düzgün qidalanma və müntəzəm fiziki fəaliyyətdən ibarət sağlam həyat tərzi keçirdi. Lakin bu, ona kolorektal xərçəngdən qaçmağa kömək etmədi.
Medianews.az xəbər verir ki, Dunkanın sözlərinə görə, həkimlər onun xərçəngi ilə genetikası arasında əlaqə tapmayıblar.
Həkimlər xəstəliyin ətraf mühitdən gələn zərərli maddələrin, o cümlədən qida və təmizlik vasitələrinin tərkibində olan maddələrin səbəb olduğunu irəli sürüblər. İdmançı uzun müddət onlara məruz qalıb: o, uşaqlıqdan qeyri-sağlam qidalar yeyirdi və 10 il əvvəl sağlam qidalanma rejiminə keçib.
Xərçəng diaqnozu qoyulduqdan sonra, Dunkan uşaqları olanları diyetlərində qazlı içki, fast food, mağazada alınmış şirniyyatlar, sosislər və kolbasa da daxil olmaqla ultra emal olunmuş qidaları məhdudlaşdırmağa çağırıb. Təlimçinin fikrincə, sağlam qidalanmaya doğru addımlar çətin ola bilər, lakin təhlükəli xəstəliklər riskini azaltmaq üçün lazımdır.
Medianews.az