17.06.2025, 09:15
100 baxış
Azad
Pərakəndə ticarətdə xərclənən pulun 51,4 faizi ərzağa gedir
Yanvar-may aylarında Azərbaycanda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Medianews.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 3 faiz azalma, qeyri-neft/qaz sektorunda 3,9 faiz artım qeydə alınıb.
Adambaşına ÜDM 4896,1 manat göstərilir.
Rəsmi açıqlamaya əsasən, beş ayda sərmayə qoyuluşu 0,8 faiz, sənaye istehsalı 1,6 faiz azalıb.
Pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 51,4 faizinin ərzaq məhsullarının, 4,6 faizinin içkilər və tütün məmulatlarının payına düşdüyü vurğulanır.
Qeyd olunur ki, mayda istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 6,3 faiz yüksəlib, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 7,8 faiz, qeyri-qida məhsulları 2,7 faiz, ödənişli xidmətlər 7,3 faiz bahalaşıb.
Mayın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının 1100,6 manata çatdığı bildirilir.
Toğrul Əli,
Medianews.az