Medianews.az
İdxal 21 faiz artıb, ixrac 8,7 faiz azalıb
111 baxış

İdxal 21 faiz artıb, ixrac 8,7 faiz azalıb

Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, Azərbaycanın hüquqi və fiziki şəxsləri 2025-ci ilin yanvar-aprel aylarında 157 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə ixrac, 150 ölkədən idxal qeydə alınıb. Rəsmi hesabata görə, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə idxal real ifadədə 21 faiz artıb, ixrac 8,7 faiz azalıb. İxrac tərəfdaşları arasında ilk üçlükdə 46,8 faizlə İtaliya, 13 faizlə Türkiyə, 3,7 faizlə Rusiya, idxal tərəfdaşları arasında ilk üçlükdə 18,5 faizlə Rusiya, 17,2 faizlə Çin, 10 faizlə Türkiyə göstərilir. Medianews.az

Bizə qoşulun