Medianews.az
Pezeşkian televiziya ilə xalqa <span style=color:red>MÜRACİƏT ETDİ
173 baxış

Pezeşkian televiziya ilə xalqa MÜRACİƏT ETDİ

İran Prezidenti Məsud Pezeşkian televiziya ilə xalq müraciət edib. Medianews.az-ın məlumatına görə, o deyib: “İran xalqı və rəsmiləri bu cinayət qarşısında səssiz qalmayacaq. İran İslam Respublikasının qanuni və sərt cavabı düşməni peşman edəcək”. Məsud Pezeşkian bildirib ki, İsrail bütün beynəlxalq öhdəlikləri pozur və təcavüzkar mahiyyətini nümayiş etdirir: "İran İslam Respublikası isə dünyada və regionda sülhün, əmin-amanlığın əldə olunması üçün hər cür səy göstərib, sülh üçün uzunmüddətli dialoqa və etimadın yaradılmasına tam hazır olduğunu sübuta yetirib. Eyni zamanda İran təcavüzə cavab verəcək, ölkənin ərazi bütövlüyünün müdafiəsi işində qətiyyətlə hərəkət edəcək”. Çıxışında Prezident xalqı ölkə rəhbərliyinə inanmağa və birliyə səsləyib. Medianews.az

Bizə qoşulun