Medianews.az
İsrailin İrana zərbələri Orta Şərqi <span style=color:red>xaosa sürükləyəcəkmi?
223 baxış

İsrailin İrana zərbələri Orta Şərqi xaosa sürükləyəcəkmi?

İsralin İrana zərbələr vuracağı çoxdan gözlənilirdi. ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahunu bir müddət dayandırdığı bəlli idi. Nəhayət İsrail bu addımı atdı. Trampın razılığı ilə və ya özbaşına atıb - bilmirik. Amma o bəllidir ki, İsrail artıq İranın içərisində çox rahat çalışıb və orada ən yüksək vəzifə sahiblərini öldürüb. Bu onu göstərir ki, İranın təhlükəsizlik xidməti bərbad gündədir. Müşahidələrə əsasən onu demək olar ki, İsrail hücum taktikası ilə bərabər öz ölkəsinin vətəndaşlarının da qorunması haqqında düşünüb. Lazımi hazırlıq işlərinin görüldüyünü İsrail rəsmiləri bəyan edir. Təbii ki, bizi sıravi Azərbaycan vətəndaşı olaraq İranda yaşayan 40 milyona yaxın Azərbaycan türkünün taleyi və təhlükəsizliyi düşündürür. Əgər münaqişə alovlanarsa, qarşılıqlı hücumlar davam edərsə, Cənubi Azərbaycandakı soydaşlarımızın həyatı təhlükədə olacaq. Bəzən müharibələrdə günahsız dinc insanlarda qurbana çevrilir. Digər tərəfdən bu qarşıdurmaların Orta Şərqi xaosa sürükləyib və yaxud sürükləməyəcəyini indidən demək çətindir. Hər halda mütəmadi olaraq dünyaya və Azərbaycana barmaq silkələyən İran generallarının öldürülməsi bu ölkənin hərbi infrastrukturunun, təhlükəsizlik sisteminin hansı vəziyyətdə olduğundan xəbər verir. Əkrəm Bəydəmirli

Bizə qoşulun