12.06.2025, 12:18
73 baxış
Nailə
Alim Qasımovdan tənqidlərə cavab - "Necə qəbul edirlərsə, öz işləridir"
Xalq artisti Alim Qasımov toy məclislərinin birində rep oxumasını tənqid edənlərə cavab verib.
Medianews.az xəbər verir ki, Xalq artisti Teleqraf-a açıqlamasında yayılan görüntülərdə repin peşəkar ifa olmadığını bildirib.
“Mən zarafat etmişəm. İnsanlar bunu necə qəbul edirsə, öz işlərdir, Allah canlarını sağ etsin. Camaat üç- dörd nəfərlə zarafat edir, mən isə toy mərasimində zarafat etdim. Bunu isə çəkib yayıblar. Təbii ki, peşəkar ifa deyil”,- deyə Xalq artisti bildirib.
Qeyd edək ki, Alim Qasımov toy mərasimlərinin birində səhnəyə çıxaraq "Bayaq burada ritm tuturdunuz...",- deyərək rep deyib. Həmin görüntülər isə sosial şəbəkələrdə tənqid edilib.