Medianews.az
Ailə soğanı nərgizlə səhv saldı, <span style=color:red> zəhərləndi
105 baxış

Ailə soğanı nərgizlə səhv saldı, zəhərləndi

Rusiyada ailə soğanı bağdakı çiçəklərlə səhv salaraq zəhərlənib. Medianews.az xəbər verir ki, hadisə Leninqrad vilayətində baş verib. Evli cütlük nərgizlə salat hazırlayıb və ağır zəhərlənib. Həkimlər vaxtında gəlibvə cütlük xəstəxanaya yerləşdirilib. Nərgiz tumurcuqları yabanı soğana bənzəyir, lakin onlardan fərqli olaraq son dərəcə zəhərlidir. Zəhərlənmənin simptomlarına tüpürcək axması, şiddətli qarın ağrısı, ürəkbulanma, qusma və ishal daxildir. Tremor, konvulsiyalar və iflic də baş verə bilər. Medianews.az

Bizə qoşulun