Medianews.az
Yuxusuzluğa səbəb olan beş gündəlik<span style=color:red> VƏRDİŞ
77 baxış

Yuxusuzluğa səbəb olan beş gündəlik VƏRDİŞ

Pediatr Qonzalo Pin gündəlik beş vərdişin yuxusuzluğa səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Medianews.az xəbər verir ki, Pinin qeyd etdiyi kimi, oyandıqdan sonra təxminən 30 dəqiqə günəş işığı almaq vacibdir. Çünki bu, sirkadiyalı ritmləri tənzimləməyə və gecə yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək, lakin bir çox insanlar bunu etmir. Həmçinin, həkimin fikrincə, gec idman fəaliyyəti yuxusuzluğa səbəb olur. Bundan əlavə, gün ərzində 20-30 dəqiqədən çox yatsanız, sirkadiyalı ritmlər pozulur. Sonda Pin insanları axşam saatlarında smartfonlarından istifadə etməməyə, həftə içi və həftə sonları arasında yuxu və oyanma cədvəlini dəyişməməyə çağırıb. Medianews.az

Bizə qoşulun