09.06.2025, 10:40
69 baxış
Azad
Aktrisanı skuter vurdu, xəstəxanaya yerləşdirilib
Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanı skuter vurub.
Axşam.az xəbər verir ki, onun beyni silkələnib. Hazırda xəstəxanada olan aktrisa “Xəzər xəbər”ə məsələ ilə bağlı açıqlama verib:
“Hadisə ayın 5-də baş verib. Yol keçəndə sən demə, iki yol var imiş. Skuterin biri keçdi, gözlədim, yolu keçirdim. Bir də gördüm yoxam. Xatırlamıram nə baş verdi. Başım döndü, qulağıma iş yoldaşımın səsi gəldi. O boyda məsafədə o sürətlə gəlmək olmaz. Kəllə sümüyümdə çat var, damar partlayıb. Gözüm qaralır, ayağa qalxa bilmirəm. Həkim deyir ki, ancaq uzanmalısan”.