08.06.2025, 14:54
120 baxış
Nailə
Qalib MMA döyüşçüləri Əbu-Dabiyə yollanacaq
Bakıda keçirilən MMA üzrə Azərbaycan kubokuna bu gün yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, 39 klub və komandadan 450-yədək idmançının iştirak etdiyi yarışa ötən gün start verilib.
Qeyd edək ki, qaliblər 20-27 iyul tarixlərində Əbu-Dabidə keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanacaqlar.