07.06.2025, 12:43
124 baxış
Lamiyə
İki ailə arasında ATIŞMA: kəndin muxtarı öldü
Türkiyədə iki ailə arasında atışma olub.
Lent.az bildirir ki, hadisə Çankırı rayonunun İncik kəndində baş verib.
Ailələr arasında başlayan münaqişə qısa müddətə silahlı insidentə çevrilib. Atışma nəticəsində xəsarət alan kəndin muxtarı Ergül Sönməz hadisə yerində keçinib. Onun ailəsindən daha 3 nəfər isə yaralanıb.
Hadisə ilə əlaqədar qarşı tərəfdən 4 nəfər saxlanılıb. Araşdırma aparılır.