O bildirib ki, Tramp Ukraynanın Rusiya tərəfindən tam işğalını bir problem kimi görmür: “Trampın Putinə simpatiyası var. Müharibəni bitirmək istəyir. Müharibənin necə bitəcəyi isə problemdir. Tramp Rusiyaya təzyiq etmək istəmir. Ukraynaya silah yardımının davam etdirilməsində maraqlı deyil. Əslində onun planı budur ki, Putin Ukraynanı ələ keçirsin, bundan sonra da İranın neft-qaz yataqları ilə bağlı müqavilənin bağlanmasında Trampa vasitəçilik etsin. Məncə, Putin bununla bağlı Trampa artıq vəd verib.
ABŞ-ın rəsmi institutları - Dövlət Departamenti, Konqres, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi dövlətin strateji məğlubiyyətinə gətirib çıxaracaq siyasətə imkan verməməyə çalışır. Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışanda Ukraynapərəst, Putinlə danışanda isə Rusiyapərəst olur. O, hələ ki, son danışığını Putinlə aparıb. Buna görə də yenidşn Rusiyapərəst olub”.
Xatırladaq ki, iyunun 4-də ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinilə telefonla danışıb. Trampın sözlərinə görə, Putin Kiyevin aviasiya hücumlarına “cavab vermək məcburiyyətində olduğunu” bildirib.
ABŞ Prezidenti söhbətin “yaxşı” keçdiyini deyib, hərçənd bu danışığın “dərhal sülh gətirəcəyinə inanmadığını” da etiraf edib. Tramp social şəbəkə hesabında yazıb: “Rusiya Prezidenti Vladimir Putinlə danışığımı indicə bitirdim. Zəng təxminən bir saat 15 dəqiqə davam etdi. Biz Ukraynanın Rusiya hava limanlarına hücumunu, eləcə də hər iki tərəfdən baş verən müxtəlif hücumları müzakirə etdik. Yaxşı söhbət oldu, lakin bu, dərhal sülhə gətirib çıxaracaq anlamını vermir. Prezident Putin çox sərt şəkildə dedi ki, o, son hücumlara cavab verməli olacaq. Biz həmçinin İranla bağlı danışdıq, bildirdik ki, İranın nüvə silahı ilə bağlı zaman azdır və bu barədə qərar verməlidir. Mən Prezident Putinə dedim ki, İran nüvə silahına sahib ola bilməz, fikrimcə, Putin də mənimlə razıdır. Putin bildirdi ki, böyük ehtimalla, İranla danışıqlara qatılacaq və bəlkə də onların tezliklə yekunlaşmasına kömək edəcək. Fikrimcə, İran qərar verməkdə gecikir və o, çox qısa müddətdə cavab verməlidir”.
Nailə Qasımova, 
Medianews.az
  
                  05.06.2025, 11:58
                
                  142 baxış
                
                    Azad
                  
              Zelenski ilə danışanda Ukraynapərəst, Putinlə danışanda Rusiyapərəst olur – Siyasi şərhçi
 
                “ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı Ukrayna üçün mənfi ssenaridir”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

              Paylaş: