Medianews.az
Ermənistanda ərzaq 7,4 faiz <span style=color:red>BAHALAŞDI
116 baxış

Ermənistanda ərzaq 7,4 faiz BAHALAŞDI

Mayda Ermənistanın istehlak bazarı 2024-cü ilin eyni ayına nəzərən 4,3 faiz bahalaşıb. Medianews.az-ın məlumatına görə, hesabatı yayan Statistika Komitəsi ərzaq və spirtsiz içkilərdə qiymət artımını 7,4 faiz, spirtli içkilər və tütün məmulatlarında 5,8 faiz, kommunal xidmətlərdə 1,4 faiz göstərir. Rəsmi açıqlamada qeyd olunur ki, təhsil sahəsində qiymətlər 7,8 faiz, nəqliyyat xidmətlərində 4,2 faiz, səhiyyə sektorunda 3,4 faiz, ictimai iaşə və mehmanxana xidmətlərində 2,4 faiz, istirahət və mədəniyyət xidmətlərində 0,6 faiz, məişət avadanlıqlarında 0,1 faiz yüksəlib. Geyim və ayaqqabıların 1,5 faiz, rabitə xidmətlərinin 0,6 faiz ucuzlaşdığı bildirilir. Toğrul Əli, Medianews.az

Bizə qoşulun