Medianews.az
Dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatır - <span style=color:red>FAKTİKİ HAVA
156 baxış

Dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatır - FAKTİKİ HAVA

İyunun 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb Milli Hidrometeorologiya Xidmətindən Medianews.az -a verilən xəbərə görə, məlumatına əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir. Yağıntı miqdarı Düşən yağıntının miqdarı Şahdağda 31, Quba və Qobustanda 24, Daşkəsən və İmişlidə 20, Şəkidə 21, Cəlilabadda 17, Sabirabad, Biləsuvar və Göygöldə 15, Şamaxıda 14, Balakəndə 13, Mingəçevir və Gədəbəydə 12, Zaqatala və İsmayıllıda 10, Xaltan, Qusar, Cəfərxan, Göyçay və Sarıbaşda (Qax) 9, Tərtər, Zərdab, Kürdəmir və Naftalanda 8, Naxçıvan, Ağsu, Qəbələ, Beyləqan, Ağdam, Xınalıq, Altıağac, Gəncə, Oğuz, Cəbrayıl, Ağstafa, Şəmkir, Bərdə, Şirvan, Tovuz, Yevlax, Xaçmaz, Goranboy, Ordubad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdərə və Füzulidə 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Şahdağda qar müşahidə olunur Şahdağda isə qar yağır. Küləyin maksimal sürəti Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Bakıda və Abşeron yarımadasında 20, Naxçıvanda 16 m/s-yə çatır. Dənizdə vəziyyət Dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatır. Havanın maksimal temperaturu Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 30, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınır. Küləkli hava zəifləyəcək Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 04-ü günün ikinci yarısından tədricən zəifləyəcək.

Bizə qoşulun