Medianews.az
Siqareti buraxmaq üçün vacib səbəb
115 baxış

Siqareti buraxmaq üçün vacib səbəb

Həkim Dmitri Makarov bildirib ki, bu zərərli vərdişdən əl çəkənlər üçün güclü siqaret istəyi beş dəqiqədən çox çəkmir. Medianews.az xəbər verir ki, Makarovun fikrincə, siqareti tərgitməzdən əvvəl nikotinə güclü həvəs dövründə diqqətinizi necə yayındıracağınız barədə düşünmək lazımdır. O qeyd edib ki, siqaret çəkmək istəyi adətən uzun sürmür. Nəfəs alma məşqləri və ya maraqlı fəaliyyət diqqətinizi ondan yayındırmağa kömək edir. Həkim siqareti tərgitməyin daha bir vacib şərti kimi fiziki fəaliyyəti göstərib. Onun sözlərinə görə, həzz gətirən istənilən fəaliyyətlə məşğul olacaq - idman zalında məşq etmək, üzgüçülük, gəzinti, velosiped sürmək. Mütəxəssis, həmçinin siqareti tərgitmək istədiyiniz səbəblərin siyahısını tərtib etməyi və sizi siqaret çəkməyə sövq edən səbəbləri - cansıxıcılıq, stress, diqqəti cəmləşdirmə ehtiyacını ayrıca bir sütunda yazmağı məsləhət görüb. "Səbəbləri başa düşdükdən sonra onlardan qaçmağın yollarını tapmaq daha asan olacaq" deyə həkim hesab edir. Makarov həmçinin qohumlarından, dostlarından və ya tibb mütəxəssislərindən kömək istəməkdən çəkinməməyə çağırıb. Siqareti tərgitmə ilə bağlı kitablar oxumağın da faydalı olduğuna inanır. Medianews.az

Bizə qoşulun