02.06.2025, 07:49
143 baxış
Azad
Polşada yeni prezident
Polşada prezident seçkisi başa çatıb. Medianews.az-ın məlumatına görə, iyunun 1-də keçirilmiş ikinci turda müxalif Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski 51 faizə yaxın səslə önə çıxaraq hakim Vətəndaş Platformasının təmsilçisi Rafal Tşaskovskini yenib.
Mayın 18-dəki ilk turda 13 namizəd yer almışdı.
Prezidentin səlahiyyət müddəti 5 ildir. 2015 və 2020-ci illərdə Anjey Duda prezident seçilib.
Ölkədə hökumət parlament seçkisinin nəticələri əsasında qurulur. Parlamentin aşağı palatası – Seym 460, yuxarı palatası – Senat 100 yerlikdir.
Medianews.az