Medianews.az
Başqırdıstan - hər gün ölümlə çarpışan <span style=color:red>türk respublikası
205 baxış

Başqırdıstan - hər gün ölümlə çarpışan türk respublikası

Başqırdıstanda əhalinin artımı üçün maraqlı təşviq kampaniyasına start verilib. Respublikanın şimal-qərbində, Neftekamsk şəhərindən 45 km məsafədə yerləşən Agidel rayonunun rəhbərliyi iyunun 1-dən ailələri uşaq doğumuna həvəsləndirmə tədbirinə start verib. 2025-ci il iyunun 1-dən uşağı olan hər bir Agidel ailəsi öz evinin tikintisi üçün pulsuz torpaq sahəsi ala biləcək. Bəs bu həvəsləndirmə tədbiri hansı zərurətdən qaynaqlanır? Baqırdıstan Rusiyanın cənub-qərbində yerləşən türk diyarıdır. Qərbdən Tatarıstanla həmsərhəd olan vilayətin ərazisi 143.600 km²-dir. Ərazisi bizimlə müqayisədə 2 dəfə böyük olmasına baxmayaraq Başqırdıstanda cəmi 4 milyon əhali yaşayır. Yenə müqayisəli təhlil metoduna baş vursaq, ərazisinə görə bizdən təxminən 2 dəfə böyük olan Başqırdıstan əhalisinə görə bizdən 2.5 dəfə kiçikdir. Əhalinin böyük qismini isə digər millətlər təşkil edir. 2020-ci il Ümumrusiya Əhali Siyahıyaalmasına əsasən, Başqırdıstanda yaşayan başqırdlar respublika əhalisinin cəmi 28,79%-ni təşkil edir. Rusdilli əhali isə başqırdları üstələyir – 35.19%. Respublikanın 3-cü qələbəlik etnik qrupu tatarlardır. Onların əhali nisbətindəki yeri 24.8%-dir. Sözsüz ki, Rusiya öz imperialist məqsədi naminə Başqırdıstanı bu hala salıb. Görünən budur ki, respublikanın mövcud demoqrafik yapısı onu əhalinin sayını artırmaq tədbirlərinə əl atmağa vadar edir. Maraqlıdır ki, bu təşviq tədbirləri bütün Başqırdıstan ərazisini əhatə etmir. Yalnız Agidel ərazisində həyata keçirilən bu tədbirlərin hansısa müsbət nəticə verəcəyi isə bəlli deyil. Niyə? Fikrimcə, bu sualın tam dolğun cavabı Agidelin özü qədər kiçik tarixçəsində yatır. Agidel 1980-cı illərdə yaranan inzibati ərazidir. 80-ci illərin əvvəllərinə qədər bu şəhərin ərazisində 3 balaca kənd vardı. Sonra Başqırdıstan Atom Elektrik Stansiyasının tikintisi ilə əlaqədar eynilə bizim Sədərək kimi (əlbəttə, rəsmi sənədlərdə) qəsəbəyə çevrildi, 1991-ci ildən isə şəhər statusu aldı. Amma agidellilərin sevinci uzun sürmədi. 1986-cı ildə baş verən Çernobıl nüvə partlayışından sonra Başqırdıstan Atom Elektrik Stansiyasının tikintisi dayandırıldı, Agidelin də tərəqqisi tarixə qovuşmuş oldu. Şəhər statusu almasına baxmayaraq, Agideldə cəmi 14 min əhali yaşayır. Maraqlıdır ki, Agideldə də əhalinin etnik xarakteri başqırdların lehinə deyil. 2020-ci ilin statistikasına görə, bu şəhərdə yaşayan əhalinin 47,9%-ni tatarlar, 23,7%-ni ruslar, cəmi 22,5%-ni isə başqırdlar təşkil edir. Ən pisi isə odur ki, Agideldə demoqrafik artım da ürəkaçan deyil. Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, 2024-cü ildə 13,94 min nəfər olan əhalinin sayı 2035-ci ildə 11,36 min nəfərə düşəcək. Bu da rus işğalı altında bir türk respublikasının günü-gündən ölümə tərk edildiyinin təzahürüdür. Heydər Oğuz

Bizə qoşulun