30.05.2025, 08:57
129 baxış
Lamiyə
Kelloqq ABŞ-nin bu addımı ata biləcəyini DEDİ
Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Vaşinqton Şimali Atlantika Alyansının şərqə doğru genişlənməsini dayandırmağa hazırdır.
Medianews.az xəbər verir ki, o, Ukraynanın NATO-ya daxil olmasının müzakirə olunmadığını açıqlayıb.
“Biz Rusiyaya deyə bilərik: “Yaxşı... biz alyansın şərqə, sizin sərhədlərinizə doğru genişlənməsini dayandıra bilərik”. “Mən başa düşürəm ki, bu, Rusiyanın təhlükəsizliyi məsələsidir”, o vurğulayıb.
Onun sözlərinə görə, hazırda alyansın ən azı dörd ölkəsi Kiyevin NATO-ya üzvlüyünə qarşıdır.
Medianews.az
Paylaş: