Medianews.az
Dörd valyutanın <span style=color:red>beş ayı
173 baxış

Dörd valyutanın beş ayı

Medianews.az saytı bəzi xarici valyutaların beş aylıq rəsmi məzənnələrinə nəzər salıb. Avronun tənzimlənən kursu yanvarda 1,7786, fevralda 1,7876, martda 1,8582, apreldə 1,9604, mayda 1,9343 manatı keçməyib. Türkiyə lirəsinin ən yüksək məzənnəsi yanvarda 0,0481, fevralda 0,0474, martda 0,0467, apreldə 0,0448, mayda 0,0442 manat olub. 100 Rusiya rublunun maksimum kursu yanvarda 1,7487, fevralda 1,97, martda 2,0804, apreldə 2,1022, mayda 2,2033 manat göstərilib. Gürcüstan larisinin zirvəsi yanvarda 0,6053, fevralda 0,6104, martda 0,6133, apreldə, 0,6193, mayda 0,6223 manat həddində rəsmiləşib. 2015-2017-ci illərdə rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn ABŞ dolları 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. Manat valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu Mərkəzi Bankın 2025-ci ilin ilk rübündə keçirdiyi valyuta hərraclarında 2,4 milyard ABŞ dolları məbləğində vəsait satıb. Analoji həcm 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard, 2024-cü ildə 7,1 milyard dollar göstərilib. Medianews.az

Bizə qoşulun