Medianews.az
Neft: Azərbaycanın hasilat həddi <span style=color:red>dəyişmir
104 baxış

Neft: Azərbaycanın hasilat həddi dəyişmir

Neft: Azərbaycanın hasilat həddi dəyişmir Neft ixracatçılarının OPEC+ koalisiyasının mayın 28-də əldə etdiyi razılaşmaya görə, gündəlik hasilatın mövcud normaları 2026-cı ilin sonunadək sabit qalır. Azərbaycan üçün xam neftin gündəlik hasilat həddi 551 min barreldir. Medianews.az bildirir ki, OPEC-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır. Mayın 29-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 67,78 dollara satılır. Dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. Yanvar-aprel aylarında Azərbaycanda kondensatla birlikdə 9,1 milyon ton neft çıxarılıb, ölkədən 4,5 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Toğrul Əli, Medianews.az

Bizə qoşulun