29.05.2025, 19:50
176 baxış
Nailə
Monteneqro millisinin üzvü dünya çempionatında Azərbaycanla qarşılaşmaq istəyir
"Dünya çempionatının yarımfinalında Azərbaycanla qarşılaşmaq istəyərdim".
Medianews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında minifutbol üzrə Monteneqro millisinin oyunçusu Qoran Nenejiç deyib.
O, Bakıda təşkil olunan turnirin 1/4 final mərhələsində Çexiyaya qalib gəldikləri oyun barədə danışıb:
"Bizim üçün çətin görüş alındı. Əsasən oyunumuzu müdafiədən qururduq. Şükürlər olsun ki, sonda istəyimizə çatdıq. Çexiya çox güclü komandadır. Yarımfinaldakı rəqibimiz İngiltərə - Azərbaycan cütünün qalibi olacaq. Açığı, ev sahibi olan Azərbaycanla qarşılaşmaq maraqlı olardı".
Qeyd edək ki, Monteneqro yığması 1/4 finalda Çexiya seçməsini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.