27.05.2025, 11:00
73 baxış
Azad
Ədalət Partiyasında yeni qərarlar gözlənilir
Mayın 17-də Ədalət Partiyasının qurultayında partiyaya yeni sədr, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri və Ali Məclis üzvlərinin 1/3-i seçildi.
Partiyanın sədri Mütəllim Rəhimov mayın 27-də Medianews.az-a açıqlamasında deyib: “İndi bizim qarşımızda Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədrini seçmək, partiyanın icra strukturunu formalaşadırmaq və Ali Məclisin fəaliyyətini təmin etmək dayanır”.
Sədrin sözlərinə görə, ilk növbədə icra strukturunu təşkil etmək vacibdir: “Bu, partiyanın fasiləsiz və effektli fəaliyyətini təmin edəcək. Ona görə də müvafiq sahələr üzrə sədr müavinləri təyin edilməlidir. Bu məsələ partiya sədrinin səlahiyyətlərinə daxildir. Lakin həm də kifayət qədər məsuliyyətli qərardır. Ona görə məsləhətləşmələr aparırıq. Yəqin ki, yaxın günlərdə bəzi təyinatlar olacaq”.
Xatırladaq ki, Ədalət Partiyası 1993-cü ildə yaradılıb. Partiyanın ilk sədri professor İlyas İsmayılov olub. İ.İsmayılov 2025-ci ilin fevralında vəfat edib.
Toğrul Əli,
Medianews.az