26.05.2025, 11:45
834 baxış
Azad
Əhalisi 100 min nəfərdən çox olan şəhər və rayonlar - SİYAHI
Azərbaycan əhalisinin sayı 2025-ci ilin ilk rübündə 8253 nəfər artaraq aprelin 1-nə 10 milyon 233,1 min nəfəri ötüb.
Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, həmin günə Bakıda 2 milyon 352,4 min, Abşeron rayonunda 434,3 min, Sumqayıtda 427,7 min, Gəncədə 331 min nəfər əhali qeydə alınıb.
Hesabata görə, Lənkəranın 228,2 min, Masallının 228 min, Cəlilabadın 219,6 min, Şəmkirin 218,4 min, Şəkinin 184,9 min, Sabirabadın 182,1 min, Tovuzun 178 min, Ağdamın 175,9 min, Xaçmazın 175,5 min, Qubanın 171,5 min, Bərdənin 158 min, Salyanın 140,4 min, Ağcabədinin 137,1 min, İmişlinin 132,6 min, Füzulinin 131,6 min, Zaqatalanın 130,6 min, Yevlaxın 130,1 min, Kürdəmirin 119,4 min, Göyçayın 119,2 min, Şərurun 113,7 min, Astaranın 113 min, Saatlının 111,3 min, Qəbələnin 109,7 min, Ağdaşın və Biləsuvarın 107,6 min, Şamaxının 106,7 min nəfər əhalisi olub.
Əhalisi 100 min nəfəri ötən başqa bölgələr belə sıralanır: Mingəçevir – 103,2 min nəfər, Qusar – 102,9 min nəfər, Goranboy – 102,4 min nəfər, Beyləqan – 102,3 min nəfər, Gədəbəy – 101,3 min nəfər, Balakən – 101 min nəfər.
Toğrul Əli,
Medianews.az
Paylaş: