Medianews.az
Mbappe "Real Madrid"in heyətində <span style=color:red>rekord müəyyənləşdirdi
178 baxış

Mbappe "Real Madrid"in heyətində rekord müəyyənləşdirdi

"Real Madrid"in hücumçusu Kilian Mbappe La Liqada debüt mövsümündə 30-dan çox qol vuran "Kral klubu"nun ilk futbolçusu olub. Bu barədə Oxu.Az "Squawka" nəşrinə istinadla xəbər verir. Fransız futbolçu komandasının "Real Sosyedad"a 2:0 hesabı qalib gəldiyi qarşılaşmada dubla imza ataraq, La Liqada qollarının sayını 31-ə çatdırıb. Mbappe ilk mövsümündə vurduğu qolların sayına görə La Liqa tarixində üçüncü yerə yüksəlib: 1. 34 - Ronaldo (1996/1997, "Barselona") 2. 33 - Pruden (1940/1941, "Atletiko Aviasyon") 3. 31 - Kilian Mbappe (2024/2025, "Real Madrid") 4. 30 - Romario (1993/1994, "Barselona") Ümumilikdə Mbappe bu mövsüm 54 oyunda 42 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizə qoşulun