Medianews.az
Hanı o qaydalar? –<span style=color:red> Nazirlik 9 il qabaq vəd etmişdi...
244 baxış

Hanı o qaydalar? – Nazirlik 9 il qabaq vəd etmişdi...

"Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə (2017-ci il) qeyd edilib ki, ölkəmizdə rəqəmsal təhsil konsepsiyası hazırlanacaq. Bu konsepsiyanı görən olubmu? Medianews.az xəbər verir ki, sualın müəllifi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kompüter elmləri kafedrasının dosenti İlham Əhmədovdur. İ.Əhmədovun sözlərinə görə, hələ 2016-cı ildə Təhsil Nazirliyi bəyan edib ki, distant təhsilin tətbiqi qaydalarını hazırlayacaq: “Bu bəyanatın üstündən 9 il keçib, bəs hanı o qaydalar? Belə “operativlik”lə bizim təhsilimiz necə rəqəmsal transformasiya edəcək? 9 ildə üçüncü nazirdir təhsili idarə edir, amma dəyişən bir şey yoxdur. Bu müddətdə hətta ən geridə qalan Afrika ölkəsi Cibuti Universiteti də distant təhsil sistemi qurub. Biz isə işləmək, inkişaf etmək əvəzinə hələ də vəd verməklə məşğuluq. Elm və Təhsil Nazirliyi nə fikirləşir? Niyə təhsilə dair bir çox mühüm qərarlar üstündən illər keçsə də, kağız üzərində qalır? Amma təhsilə heç bir faydası olmayan qərarlar operativ icra edilir. Məsələn, "Məktəblinin dostu" kimi layihələr”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun