Medianews.az
Yatmadan əvvəl bu içkiləri<span style=color:red> içmək OLMAZ
88 baxış

Yatmadan əvvəl bu içkiləri içmək OLMAZ

Gecələr çay və ya sitrus şirələri içmək məsləhət deyil. Medianews.az xəbər verir ki, bu barədə yuxu mütəxəssisi Rozi Devidson danışıb. Davidson, yaşıl və qara çayın gecə yuxusunu poza bilən yüksək miqdarda kofein ehtiva etdiyini izah edib. Axşam saatlarında zəncəfil və ya çobanyastığı çayı içməyi məsləhət görüb. Həmçinin, gecələr portağal suyu, isti şokolad və ya soda içmək olmaz. Onun sözlərinə görə, bu içkilər qida borusunun aşağı sfinkterini rahatlaşdırır və mədə yanmasına səbəb olur ki, bu da həzmi və yuxunu pisləşdirir. Devidson qeyd edib ki, pomidor və istənilən yağlı və ya ədviyyatlı qidalar eyni təsirə malikdir. Medianews.az

Bizə qoşulun