Medianews.az
Türkmənistanın edə bilmədiyini Azərbaycan həyata keçirdi - <span style=color:red>Ekspert
193 baxış

Türkmənistanın edə bilmədiyini Azərbaycan həyata keçirdi - Ekspert

“Heç şübhəsiz ki, Azərbaycan hazırda Xəzər sahilində enerji-kommunikasiya mərkəzinə çevrilib. Türkiyə də artıq Avropaya yönələn enerji axınlarının bir qismini özündə cəmləşdirə bilib və daha çox mənbədən enerji daşıyıcılarının ölkəsinə daxil olması siyasətini inkişaf etdirir”. İqtisadçı ekspert İlham Şaban Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, Türkiyənin enerji mərkəzinə çevrilməsi hələ Turqut Özalın (1983-1989-cu illərdə Türkiyənin Baş naziri, 1989-1993-cü illərdə Prezidenti) zamanında gündəmə gəlib, ilk addımlar isə Məsud Yılmazın (1991, 1996, 1997-1999-cu illərdə Türkiyənin Baş naziri) hökumət başçısı olduğu illərdə atılıb: “Türkiyənin BOTAŞ şirkəti 1997-ci ildə "Türkmənqaz" konserni ilə qazın alqı-satqısı, həmçinin türkmən qazının Avropaya nəqlinə dair razılaşma əldə etdi. Elə o zamandan da Transxəzər gündəmə gəldi. Türkiyə bazarına türkmən qazının daxil olması isə yalnız 2025-ci ilin martında baş tutdu. Türkmənlərin eləyə bilmədiklərini isə Azərbaycan həyata keçirdi: əvvəlcə Bakı-Tiflis-Ceyhan neft kəməri, sonra Bakı-Tiflis-Ərzurum qaz kəməri, daha sonra Cənub Qaz Dəhlizi (əsas seqmenti Türkiyə ərazisində SOCAR-ın operatorluğu ilə tikilən və istismar edilən TANAP kəməri) və bu yaxınlarda Bakı-Tiflis-Qars dəmiryolu ilə ilk dəfə maye yanacağın daşınması (indiyə qədər yalnız quru yük daşımaları həyata keçirilib). Hazırda Türkiyə üzərindən Avropaya təqribən 28 milyard kubmetrə yaxın boru qazı nəql edilir. Bunun 15 milyard kubmetri Rusiya, 13 milyard kubmetri Azərbaycan qazıdır. Həmçinin Türkiyə özü də Avropaya kiçik həcmdə qaz ixracı həyata keçirir (Sakarya yatağından hasil edilən qaz). Perspektivdə Türkiyə İraqda hasil edilən qazın alıcısı və Avropaya ixracatçısına da çevrilə bilər. İran üzərində Qərbin ciddi sanksiyaları olmasaydı, yəqin ki, artıq çoxdan Türkiyə bu ölkənin mavi yanacağını da Avropa bazarlarına çıxartmaq imkanını ortaya qoymuşdu”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun