Medianews.az
Dizel zavodunda <span style=color:red>dəhşətli partlayış - VİDEO
115 baxış

Dizel zavodunda dəhşətli partlayış - VİDEO

Meksikanın şimal-şərqində dizel zavodunda güclü partlayış baş verib. Publika.az xəbər verir ki, hadisə Nuevo Leon ştatında baş verib. Partlayışdan sonra zavodda yanğın başlayıb. Yanğın hər birinin tutumu 10 000 litrdən çox olan ən azı 13 yanacaq konteynerini əhatə edib. Yanğınsöndürənlər yanğını söndürməyə başlayıb. Hadisənin səbəbləri müəyyənləşdirilir; səlahiyyətlilər texniki nasazlığı və ya insan səhvini istisna etmir. Mütəxəssislər tez alışan materialların alovlanmasının mümkün ekoloji nəticələrini qiymətləndirirlər. İlkin məlumata görə, bir nəfər xəsarət alıb. O, xəstəxanaya aparılıb. Zavodun qalan işçiləri təhlükəsiz yerə təxliyə edilib.

Bizə qoşulun