21.05.2025, 13:29
                
                
                  
                  319 baxış
                
                
                  
                  
                    Azad
                  
                                  
              Əliyevlə Ərdoğan arasında səmimi söhbət: “Nəvə sayında bərabərləşdik” - VİDEO
 
                Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş olub.
Dövlət başçıları Macarıstanın paytaxtı Budapeştdə bir araya gəliblər.
Görüş Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi iclası çərçivəsində keçirilib.
Görüş zamanı prezidentlər arasında səmimi söhbət olub.
Teleqraf xəbər verir ki, dövlət başçılarının söhbətinin əks olunduğu görüntülər sosial şəbəkələrdə geniş yayılıb və maraqla qarşılanıb.
Türkiyə lideri Azərbaycan Prezidentini nəvəsinin doğulması münasibəti ilə təbrik edib:
“Təbrik edirəm, gözün aydın. İkinci oldu? Maşallah, maşallah... Burada, Bodrumdadırmı?”
İlham Əliyev cavabında zarafatla “Bəli, bodrumlu oldular” deyib.
Ərdoğanın İlham Əliyevdən “Sən nə içirsən?” sualı ilə başlayan şən dialoq səmimi məcrada davam edib.
Söhbət zamanı liderlərin ailə həyatları ilə bağlı dedikləri də diqqət çəkib.
Türkiyə Prezidenti Azərbaycan Prezidenti ilə nəvələrinin eyni sayda olduğunu söyləyib:
“İlham qardaşımın nəvələri 9 oldu, mənim də 9 nəvəm var. Gələcək sağlam əllərdədir”.
 
                              
              
              Paylaş: