Medianews.az
Beşinci mərtəbədən yıxılan uşaq <span style=color:red>sağ qaldı
113 baxış

Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Rusiyanın Altay rayonunda beş yaşlı qız mənzilin pəncərəsindən yıxılıb. Lent.az bildirir ki, hadisə Biysk şəhərində, Lomonosov küçəsində baş verib. İlkin məlumata görə, uşaq anası ilə dostlarıgilə qonaq gəlib. Qonaqlıq zamanı böyüklər mənzili tərk edib, qız isə tək qalıb. O, eyvana çıxıb, məhəccərə söykənib və beşinci mərtəbədən yıxılıb. Zərərçəkmiş müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda müstəntiqlər araşdırma aparır. Hadisədə səhlənkarlıq nəticəsində bədənə ağır xəsarət yetirmə əlamətləri aşkar ediblər. İstintaq Komitəsi hadisənin bütün hallarını araşdırır.

Bizə qoşulun