Medianews.az
“Məzunlar işsizdir, işəgötürənlər isə kadr axtarır” - <span style=color:red>Ekspert
152 baxış

“Məzunlar işsizdir, işəgötürənlər isə kadr axtarır” - Ekspert

“Ali təhsil yalnız diplom almaq üçün deyil, insan kapitalı formalaşdırmaq, iqtisadiyyatı gücləndirmək və gələcəyi inşa etmək üçündür”. Təhsil eksperti Kamran Əsədov Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, təhsilin keyfiyyəti, məzunun bilik və bacarığı əmək bazarında rəqabət gücü deməkdir: “Amma bu gün ali təhsil diplomu ilə əmək bazarının tələbləri arasında dərin uçurum var. Məzunlar işsiz, işəgötürənlər kadr axtarır. Problem təhsilin özündədir: dəyişməyən proqramlar, praktikasız nəzəriyyə, menecmentsiz idarəetmə. Keyfiyyət anlayışı yalnız kağız üzərində deyil, real idarəetmə mədəniyyəti, vicdan və sosial məsuliyyətlə qurulmalıdır. Təhsil yalnız bilik ötürmək deyil, gələcəyi planlaşdırmaqdır. Əgər ali məktəblər bu gün də 20 il əvvəlki yanaşma ilə idarə olunursa, biz XXI əsrin deyil, keçmişin universitetlərini yaşadırıq”. Ekspert vurğulayıb ki, təhsil strategiya tələb edir, forma yox, məzmun dəyişməlidir: “Əmək bazarına cavab verən, fərdi trayektoriyalara imkan yaradan, məsuliyyətli və şəffaf təhsil sistemi qurulmalıdır. Ali təhsil sistemini köklü şəkildə dəyişmək zamanıdır. Çünki XXI əsrin gəncini XX əsrin sistemi ilə yetişdirmək, onu gələcək üçün yox, keçmiş üçün hazırlamaq deməkdir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun