Medianews.az
Fransa Azərbaycanla münasibətlərə yenidən baxır – <span style=color:red>Yelisey sarayında hazırlıq gedir
104 baxış

Fransa Azərbaycanla münasibətlərə yenidən baxır – Yelisey sarayında hazırlıq gedir

“Rəsmi Paris Bakı ilə münasibətlərə yenidən baxmaq niyyətindədir”. Politoloq Elçin Alıoğlu Medianews.az-a açıqlamasında belə deyib. O vurğulayıb: “Aldığım məlumata görə, Fransa ölkəmizlə yaşanan "sərinlik" rejimini sona çatdırmaq və Azərbaycanla əlaqələri normallaşdırmaq niyyətindədir. Bu məqsədlə yaxın vaxtlarda ikitərəfli danışıqlarla müzakirələrin olacağı gözlənilir. Yelisey sarayında bəhs etdiyim təmaslara hazırlıq gedir”. E.Alıoğlu bildirib ki, Fransa Prezidenti Emmanuel Makron ölkəmizlə bağlı çox yanlış mövqe tutduğunun artıq fərqindədir. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun