20.05.2025, 11:04
143 baxış
Azad
Azərbaycan ən çox haradan məhsul alır?
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 8,1 milyard dollar dəyərində məhsul gətirilib. Bunun 71 faizindən çoxu 10 ölkənin payına düşür.
Medianews.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadla bildirir ki, idxalda əsas tərəfdaş kimi 18,4 faiz payla Rusiya qərar tutub.
Çin 17,2 faizlə ikinci, Türkiyə 9,9 faizlə üçüncü yerdə göstərilir.
İdxalda ABŞ-ın payı 5,3 faiz, Böyük Britaniyanın payı 4,2 faiz, Avstraliyanın payı 4 faiz, Almaniyanın payı 3,9 faiz, Qazaxıstanın payı 2,8 faiz, Meksikanın payı 2,6 faiz, İranın payı 2,4 faiz olub.
Medianews.az