19.05.2025, 12:15
165 baxış
Azad
Prezidentliyə iki iddiaçı qaldı
Polşada prezident seçkisinin ilk turu geridə qalıb.
Medianews.az-ın məlumatına görə, mayın 18-də keçirilmiş ümumxalq səsverməsində hakim Vətəndaş Koalisiyasının namizədi, paytaxt Varşavanın meri Rafal Tşaskovski 31,3 faiz, müxalif Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski 29,5 faiz səslə önə çıxıblar. Onlar iyunun 1-nə təyin olunmuş ikinci turda yarışacaqlar.
Birinci turda daha 11 namizəd mübarizə aparıb.
Prezidentin səlahiyyət müddəti 5 ildir. 2015 və 2020-ci illərdə Anjey Duda prezident seçilib.
Ölkədə hökumət parlament seçkisinin nəticələri əsasında qurulur. Parlamentin aşağı palatası – Seym 460, yuxarı palatası – Senat 100 yerlikdir.
Toğrul Əli,
Medianews.az
Paylaş: