Medianews.az
Üzün biometrik skanı ilə qaimə göndərmək – <span style=color:red>Artıq bu, Azərbaycanda mümkündür
139 baxış

Üzün biometrik skanı ilə qaimə göndərmək – Artıq bu, Azərbaycanda mümkündür

Nəhayət, Dövlət Vergi Xidmətinin sistemində fərdi sahibkarlar e-qaimə göndərmək, bəyannamə təqdim etmək kimi bir çox əməliyyatı əlavə daşıyıcı və ya ASAN İmza olmadan, sadəcə proqram təminatı — SİMA İmza vasitəsilə həyata keçirə biləcəklər. “Technote Media” şirkətinin təsisçisi, jurnalist, texnobloger Fərid Pərdəşünas Medianews.az-a bildirib ki, bununla bağlı lazımi inteqrasiyalar başa çatıb: “Artıq test etdim, sistem çalışır. Ümumiyyətlə, SİMA İmza-nın bu səviyyədə istifadə olunması daha asan və əlçatan alternativ yaratmış oldu. Uzun sözün qısası, sadəcə üzün biometrik skanı ilə, nömrə almadan, fiziki daşıyıcı olmadan gücləndirilmiş imza kimi SİMA İmza-nı istifadə etmək mümkün oldu. Bu günə qədər bu, vətəndaş səviyyəsində aktiv istifadə edilirdi, indi fərdi sahibkarlar da əhəmiyyətli əməliyyatları SİMA ilə apara biləcəklər. F.Pərdəşünas qeyd edib ki, hazırda SİMA İmza-nın aylıq xidmət haqqı 2.40 AZN-dir: “Öncədən 3 illik ödəniş etsəniz, 55 manata başa gəlir ki, bu da aylıq 1.52 AZN edir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun