Medianews.az
Sosial Tədqiqatlar Mərkəzi: <span style=color:red>İdarə Heyəti yeniləndi
181 baxış

Sosial Tədqiqatlar Mərkəzi: İdarə Heyəti yeniləndi

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Elnur Çıraqovun Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü təyin edilməsi haqda sərəncam imzalayıb. Medianews.az bildirir ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti üzv üzvdən ibarət olur. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucdur. İdarə Heyətinin digər üzvü Tahirə Allahyarova həmçinin sədr müavinidir. Elnur Çıraqova qədər Elşad Mirbəşiroğlu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü və sədr müavini olub. Medianews.az-a açıqlamasında Zahid Oruc deyib ki, Elşad Mirbəşiroğlu könüllü olaraq başqa fəaliyyət sahəsinə keçib. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun