15.05.2025, 09:50
                
                
                  
                  202 baxış
                
                
                  
                  
                    Nailə
                  
                                  
              Prezident FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqləyib
 
                Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalının təsis olunacaq.
Medianews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, yubiley medalı ilə Azərbaycanın fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər.