Medianews.az
Elektromobillər sürətlə <span style=color:red>UCUZLAŞIR
117 baxış

Elektromobillər sürətlə UCUZLAŞIR

Beynəlxalq Energetika Agentliyi dünyada elektrikli avtomobil bazarının hazırkı və perpspektiv vəziyyətinə dair hesabat açıqlayıb. İqtisadçı ekspert Rövşən Ağayev Medianews.az-a deyib ki, hesabata görə, hazırda Çində satılan bütün elektromobillərin 70%-nə qədərrinin qiyməti hətta dövlətin subsidiya və alışı üçün dəstək paketi olmadan ənənəvi avtomobillərdən daha ucuzdur: “Almaniyada isə əksinə, ənənəvi avtomobillər 20% (ABŞ-da 30%) daha ucuzdur. Lakin agentlik hesab edir ki, yaxın dövrdə batereyaların ucuzlaşaması bu fərqi elektromobillərin xeyrinə dəyişə biləcək. Hesabata görə, hazırda dünyada satılan avtomobillərin 25%-i elektrikli analoqlarının payına düşür. 2030-cu ildə biu göstərici ən azı 40% olacaq. Daha bir məlumat budur ki, neftin qiyməti hətta 40 dollara ensə, elektromobillərin cari istismarı ənənəvi avtomobillərlə müqayisədə iki dəfə ucuz olacaq”. R.Ağayevin fikrincə, elektromilləşmənin hazırkı inanılmaz sürəti qlobal enerji xəritəsini qısa zamanda çox sürətlə dəyişəcək. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun