Medianews.az
Suriyalı nazir canlı yayımda ağlayaraq Türkiyəyə təşəkkür etdi - <span style=color:red>VİDEO
56 baxış

Suriyalı nazir canlı yayımda ağlayaraq Türkiyəyə təşəkkür etdi - VİDEO

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı Suriyaya qarşı uzun illərdir qüvvədə olan iqtisadi sanksiyaların ləğv olunduğunu açıqlayıb. Medianews.az xəbər verir ki, Tramp, bu qərarın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, bölgə liderləri ilə aparılan müzakirələrdən sonra verildiyini bildirib.

Qərar Suriyada emosional qarşılanıb. Ölkənin İqtisadiyyat naziri Nidal əl-Şar bu xəbəri canlı yayımda şərh edərkən göz yaşlarını saxlaya bilməyib. O, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanına təşəkkür edərək, Suriyanın yeni bir mərhələyə keçid etdiyini bildirib.

Medianews.az

Bizə qoşulun