14.05.2025, 17:11
156 baxış
Nailə
Rusiya Sumıya raket zərbəsi endirib: 2 nəfər ölüb
Rusiya hərbçilərinin Ukraynanın Sumı vilayətinə raket hücumu nəticəsində 2 nəfər həlak olub.
Medianews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Sumı şəhər şurasının sosial şəbəkə hesabında bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, raket zərbəsi nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Məlumata görə, zərbə sənaye obyektinə endirilib.