Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda yerləşən "Duru" adlı xüsusi təhsil kursunda 12-ci sinif şagirdi T.A.K.-ya naməlum şəxs çubuq və bıçaqla hücum edib. Medianews.az xəbər verir ki, hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
İddialara görə, tənəffüs zamanı şagirdlərlə naməlum şəxs arasında sözlü mübahisə yaranıb. Bir müddət sonra həmin şəxs bıçaqla sinifə daxil olaraq T.A.K.-ya hücum edib. Kurs rəhbəri müdaxilə edərək hücumçunu sinifdən çıxarıb, daha sonra o, hadisə yerindən qaçıb.
Yaralanan tələbə öz imkanları ilə xəstəxanaya gedib.
Hadisə ilə bağlı saxlanılan şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Medianews.az