14.05.2025, 20:01
72 baxış
Azad
"Gurultulu səslənir, amma məsələ bu qədər dramatik deyil" - Hüseyn Həsənov
Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilməsi haqda xəbərə münasibətini açıqlayıb.
O, sosial şəbəkədə yazıb: "Bəli, gurultulu səslənir – “qiyabi həbs”, əslində isə məsələ bu qədər dramatik deyil. Keçən il bütün vergi borcum bağlanmışdı”.
Bloqer əlavə edib ki, artıq vəkilləri məsələ üzərində işləyirlər.
Xatırladaq ki, H.Həsənov Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən - xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.
Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu yeddi ilə qədər həbs gözləyir. /Qafqazinfo