Medianews.az
Cevdet Yılmaz terrorla 41 illik mübarizənin dəyərini AÇIQLADI - <span style=color:red>şok məbləğ
49 baxış

Cevdet Yılmaz terrorla 41 illik mübarizənin dəyərini AÇIQLADI - şok məbləğ

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz 41 ildir davam edən terrorla mübarizənin ölkə iqtisadiyyatına təsiri ilə bağlı mühüm açıqlama verib.

Medianews.az-ın məlumatına görə, C.Yılmaz bildirib ki, terrorla mübarizə çərçivəsində aparılan hərbi, təhlükəsizlik və sosial xərclər, həmçinin terrorun yaratdığı iqtisadi itkilər ümumilikdə 2 trilyon dollardan çox zərərə səbəb olub.

Vitse-prezident əlavə edib ki, bu məbləğ təkcə dövlət büdcəsinə deyil, eyni zamanda bölgələrin sosial-iqtisadi inkişafına, sərmayələrin bölgəyə cəlb olunmasına və insan resurslarının səmərəli istifadəsinə də ciddi təsir göstərib.

Cevdet Yılmaz bu cür ağır nəticələrə baxmayaraq, dövlətin terrora qarşı mübarizəsinin həm hərbi, həm diplomatik, həm də sosial sahələrdə qətiyyətlə davam edəcəyini vurğulayıb:

“Bu gün Türkiyə həm sərhədləri daxilində, həm də xaricdə terrora qarşı mübarizəsini daha güclü və strateji şəkildə həyata keçirir. Eyni zamanda bölgələrin inkişafı və terrorun kökündən aradan qaldırılması üçün sosial layihələrə də böyük önəm verilir”.

Qeyd edək ki, Türkiyənin əsas hədəflərindən biri ölkə daxilində və regionda sabitliyi qorumaqla yanaşı, iqtisadi inkişafın davamlılığını təmin etməkdir.

Medianews.az

Bizə qoşulun